- 20:44
Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 31 şübhəli şəxs saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu FETÖ-yə qarşı aparılan istintaqlarda adları hallanan, "Bylock" sistemindən istifadə etdiyi təsbit edilən, sosial mediada təşkilatın təbliğatını apardığı, təşkilat təşkilata maliyyə yardımı göstərdiyi müəyyən edilən 41 şübhəli haqqında həbs qərarı çıxarıb.
Müəyyən edilən ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatlarda 31 şübhəli yaxalanıb.
Axtarışlar zamanı külli miqdarda rəqəmsal material, 134.300 lirə, 301 dollar və bir pompalı ov tüfəngi ələ keçirilib.
Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə