- 20:44
Avstraliyada üç qohumunun ölümünə səbəb olmaqda və bir nəfəri ağır yaralamaqda təqsirləndirilən Erin Pattersonun məhkəməsi başlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən bəzi ittihamlar prokurorluq tərəfindən geri götürülüb.
Belə ki, Erin Patterson 2023-cü ilin iyul ayında tərkibində zəhərli göbələk olan naharla üç nəfəri öldürməkdə və bir nəfəri öldürməyə cəhddə ittiham olunub. Bununla belə, ittiham tərəfi müttəhimin keçmiş əri Simon Pattersona qarşı adam öldürməyə cəhdlə bağlı ittihamını ləğv edib.
50 yaşlı müttəhim bütün ittihamları rədd edib və günahsız olduğunu bildirib. Məhkəmə Viktoriya Ali Məhkəməsində bu həftə çərşənbə günü başlayacaq.
Qeyd edək ki, sözügedən nahar Avstraliyanın Leonqatha şəhərində baş tutub. Yeməkdən sonra Erin Pattersonun keçmiş qayınatası Don Patterson (70), qayınanası Gail Patterson (70) və Gailin bacısı Heather Wilkinson (66) xəstəxanaya aparılıb. Zərəçəkmişlərin hər üçü bir neçə gün sonra ölüb.
Heather Wilkinsonun əri, 68 yaşlı keşiş İan Wilkinson uzun müddətli müalicədən sonra sağalıb.
İş Hakim Kristofer Bealenin sədrliyi ilə araşdırılır.
Şəbnəm Mehdizadə