Plastik saxlama qabları ölümə səbəb olur


  • 15:37

Şampun, saxlama qabları və oyuncaqlar kimi plastik məhsulların tərkibindəki ftalat adlı kimyəvi maddələrin infarkta səbəb olur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma çərçivəsində 2018-ci ildə 55-64 yaş arası kişi və qadınlarda ürək xəstəliklərindən ölüm halları tədqiq edilib. Ölüm hallarının 10 faizindən çoxuna ümumi məişət plastik məhsullarında tapılan ftalat adlanan sintetik kimyəvi maddənin səbəb olduğu müəyyən edilib.

Bu maddə qida saxlama qabları, şampun, makiyaj materialları, ətirlər və uşaq oyuncaqları kimi məhsullarda olur. Nyu-York Universiteti Qrossman Tibb Məktəbinin ətraf mühit pediatriya professoru. Doktor Leonardo Trasande bu kimyəvi maddələrin ürək damarlarında iltihaba səbəb ola biləcəyini, ani infarktlara və ölümə gətirib çıxara biləcəyini qeyd edib.

Tədqiqat çərçivəsində 200 müxtəlif ölkə və regionun məlumatları təhlil edib. Nəticələrə görə, bu ölümlərin 30 faizi Afrikada, 25 faizi isə Şərqi Asiya və Yaxın Şərqdə baş verib. Mütəxəssislər plastiki mümkün qədər azaltmağı, şüşə və polad məhsullardan istifadə etməyi, ətirli təmizləyici vasitələrdən uzaq durmağı tövsiyə edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər