Çində restoranda yanğın: 22 nəfər ölüb


  • 15:32

Çinin Liaonin əyalətində restoranda yanğın baş verib,

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən sıx məskunlaşdığı və turistik bölgələrindən biri olan Liaonin əyalətinin Sanlizhuanq yaxınlığındakı restoranda baş verən yanğın nəitcəsində 22 nəfər ölüb.

Çin səlahiyyətliləri yanğının səbəbi ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Fövqəladə Hallar Xidməti ilkin təsbitlərə görə, yanğında 22 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə yaralandığını açıqlayıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin faciəvi hadisə bağlı açıqlama verib.

O, yanğınla bağlı mühüm göstərişlər verərək vurğulayıb ki, yaralıların müalicəsi, hadisə qurbanların vəziyyəti ilə düzgün şəkildə məşğul olmaq və bu cür hadisələrin qarşısını almaq üçün hər cür səy göstərilməlidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər