Ayda balıq fermaları yaradıla bilər


  • 15:06

Fransa Ay və Marsda astronavtlar üçün balıq istehsal etməyi hədəfləyir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın cənubundakı Palavas-les-Flots qəsəbəsindəki tədqiqat mərkəzində istehsal edilən balıqlar kosmosa göndərilə bilər.

“Lunar Hatch” adlanan layihədə balıqların kosmosda yetişdirilə bilməsi imkanları araşdırılır.

Məqsəd uzun missiyalar zamanı astronavtları sabit və davamlı protein mənbəyi ilə təmin etməkdir.

Layihənin rəhbəri dəniz bioloqu Dr.Cyrille Przybyla balıqların ən asan həzm olunan zülal mənbələrindən biri olduğunu və omeqa 3 və B vitaminləri ilə zəngin olduğunu vurğulayır. O bildirib ki, bu, kosmosda əzələ kütləsini saxlamaq üçün çox vacibdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər