Hollandiyada 46 sənət əsəri səhvən zibil qutusuna atılıb


  • 14:54

Hollandiyada 46 sənət əsəri səhvən zibilə atılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hollandiyanın Maaşorst bələdiyyəsində aparılan təmir işləri zamanı baş verib.

Belə ki, ameriklı sənətçi Uorholun 1980-ci illərdə Hollandiya Kraliçası Beatrixin ipəkdən hazırladığı basma kolleksiyası da səhvən "həcmli tullantılarla" birlikdə atılıb.

Səlahiyyətlilər artıq itkin əşyaları tapmaq mümkün olmadığını bildirir.

Əsərlərin ümumi dəyərinin təxminən 22 min avro olduğu bildirilib.

Qeyd edək ki. meriya binasında aparılan abadlıq işləri zamanı həmin sənət əsərləri zirzəmidə mühafizəsiz saxlanılıb. Onların yerləri təmirlə əlaqədar tez-tez dəyişdirilib. Noyabr ayında itkin düşdüyü bildirilən əsərlərdən sonra polis araşdırmalara başlayıb. Bu, Hollandiyada sənət əsərlərinin təsadüfən zibil qutusuna atılması ilə bağlı ilk hadisə deyil. Belə ki, 2024-cü ildə Lissedəki LAM Muzeyində də bənzər hadisə yaşanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər