Təcili yardım maşınına yol vermədi - 24 min cərimə yazıldı


  • 14:21

Türkiyənin İstanbul şəhərində təcili tibbi yardım maşınına yol verməyən şəxs cərimələnib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Maltepe bölgəsində bir avtomobil sürücüsünün sol zolaqda hərəkət edərkən arxadan gələn təcili yardıma yol vermədiyi müəyyən edilib.

Avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsinin olmadığı məlum olub.

Həmin şəxs barəsində cinayət işi başlanıb və 24 min 816 lirə məbləğində cərimə yazılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər