Türkiyənin bu bölgəsində leysan yağışlar nəticəsində yolları su basıb - FOTO


  • 14:01

Türkiyənin Aydın şəhərində yağan leysan yağışlar bir sıra fəsadlara yol açıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Aydının Nazilli rayonunda yağan güclü yağış nəticəsində küçə və prospektlərində gölməçələr əmələ gəlib, yeraltı keçidlər su ilə dolub.

Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Bələdiyyə əməkdaşları həmin ərazilərdə təxliyə işlərinə başlayıb.

Rayonun Yıldıztəpə, Aydoğdu, Yeşil, Çapahasan, Dumlupınar və Sümer məhəllələrində yağan leysan səbəbindən vətəndaşların gediş-gəlişi çətinləşib. Bir çox ev və iş yerlərinin zirzəmiləri su altında qalıb.

Bələdiyyə əməkdaşları yolda yığılan suyu boşaltmaq üçün işlərə başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər