- 20:44
Türkiyənin İzmir şəhərində 31 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
Məlumata görə, İzmirin Dikili rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu müyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsinə aid bir qayıq istiqamətləndirilib.
Komandalar rezin qayıqda 11-i uşaq olmaqla 31 qeyri-qanuni miqrantı yaxalayıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə