İstanbulda zəncirvari yol qəzasında 6 nəfər yaralanıb


  • 13:49

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatlna istinadən xəbər verir ki, İstanbulun Arnavutköy bölgəsində nmühərrikində nasazlıq yaranan yük maşını zəncirvari qəzaya səbəb olub.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb, avtomobillərə ziyan dəyib.

Hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupları cəlb edilib.

Qəzada yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Bir müddət sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər