- 17:31
Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, turistləri daşıyan mikroavtobus sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxıb.
Qəzada sürücü də daxil olmaqla 19 nəfər yaralanıb.
Bölgəyə təcili yardım, polis, jandarma qrupları cəlb edilib.
Yaralılar xəstəxanalara aparılıb.
Humay Eminqızı