Putin qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmə müddətini uzatdı


  • 00:29

Rusiyada miqrantlara hüquqi statuslarını tənzimləmək üçün verilən möhlətin vaxtı 133 gün uzadılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada hüquqi statuslarını tənzimləmə müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.

Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı fərmana əsasən, qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmək üçün aprelin 30-dək vaxt verilmişdi.

Bu müddət ərzində hüquqi statusunu tənzimləməyən miqrant mayın 1-dən etibarən Rusiya ərazisindən çıxarılacaqdı.

Oxşar xəbərlər