- 00:29
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Rusiyanın şərtlərini açıqlayıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, əsas şərt Rusiyanın bütün işğal olunmuş Ukrayna ərazilərində mülkiyyət hüququnun beynəlxalq səviyyədə tanınmasıdır.
Şərtlərdə olan digər tələblərdə Ukraynanın NATO-ya daxil edilməməsi, demilitarizasiyası və denazifikasiyası, "Rusiya Federasiyası ilə danışıqlara dair" qanunvericilik qadağasının ləğvi, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi, məhkəmə çəkişmələri və həbs orderlərinin ləğv edilməsi, dondurulmuş aktivlərin geri qaytarılması, Rusiyanın Zaporojjya AES-ə nəzarəti ABŞ və Ukraynaya verməməsi, Ukraynada rus dili, mədəniyyəti, kilsə və mediadan istifadəni məhdudlaşdıran qanunların ləğv edilməsi öz əksini tapır.
Humay Eminqızı