- 00:29
Yaponiyanın ən hündür zirvəsi olan Fuji dağından vertolyotla xilas edilən çinli tələbə növbəti dəfə həmin ərazidə köməksiz vəziyyətdə qalıb.
E-huquq.az Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, 27 yaşlı çinli universitet tələbəsi xilas edildikdən dörd gün sonra dağda unutduğu telefonunu və digər əşyalarını almaq üçün yenidən zirvəyə dırmanmağa çalışıb.
Lakin onun səhhəti qəfil pisləşib.
Çinli tələbə ikinci dəfə də xilasedicilər tərəfindən xilas edilib.
Onun səhhətinin yaxşı olduğunu qeyd edilib.
Şəbnəm Mehdizadə