Sərnişinləri daşıyan mikroavtobus aşıb, 25 nəfər yaralanıb


  • 28 Aprel 16:43

Türkiyənin Elazığ şhərində ağır yol qəzası baş verib

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sərnişinləri daşıyan mikroavtobus Elazığ-Diyarbəkir yolunun 45-ci kilometrliyində idarəetmədən çıxaraq qarşı zolağa çıxıb və aşıb.

Qəzada sürücü də daxil olmaqla 25 nəfər yaralanıb.

Bölgəyə təcili yardım, polis, jandarma qrupları cəlb edilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Elazığ valisi Numan Hatipoğlu hadisə yerinə gələrək qəza ilə bağlı məlumat alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər