Nigeriyada qaçaq neftin saxlanıldığı evdə baş verən güclü partlayış zamanı 5 nəfər ölüb


  • 28 Aprel 15:50

Nigeriyanın Rivers əyalətində evdə güclü partlayış baş verib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, əyalətin Omoku bölgəsində qaçaqmalçılıq yolu ilə gətirilən neftin emal edildiyi və saxlanıldığı evdə baş verən partlayış nəticəsində 5 nəfər yanaraq həlak olub, çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, Afrikanın neft və təbii qazla zəngin ölkəsi olan Nigeriyada zaman-zaman neft oğurluğu hadisələri baş verir. Ölkədə neft oğurluğunun artması ölkə iqtisadiyyatına ciddi ziyan vurur.

Hökumət ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildə 3 milyard dollarlıq zərə vurduğunu açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər