İstanbulda kafeyə silahlı hücum olub, ölən var


  • 28 Aprel 15:20

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər kafeyə silahlı hücum edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında 2 şübhəli şəxs kafəyə 5 dəfə atəş açıb.

Hadisə yerinə polis və sağlamlıq qrupları cəlb edilib.

Silahlı hücum nəticəsində 1 nəfər həyatını itirib.

Hadisənin səbəbləri araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər