Türkiyənin bəzi bölgələrində güclü fırtına olacaq


  • 28 Aprel 15:19

Türkiyənin bəzi bölgələrində güclü fırtına ilə bağlı xəbərdarlıq edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, günorta saatlarından etibarən İstanbul, Tekirdağ, Çanaqqala, Bursa, Balıkəsir, Kırklareli, Ədirnə, Kocaeli və Yalova ətrafında və Sakarya, Düzce, Zonguldak və Bartın sahillərində fırtına gözlənilir.

Əlverişsiz hava şəraiti sabah gecəyə qədər davam edəcək.

Humay Eminqızı

Oxşar xəbərlər