ABŞ-də universitetdə silahlı hücum: 1 nəfər ölüb, 6 nəfər yaralanıb


  • 28 Aprel 15:09

ABŞ-da Elizabet Siti Dövlət Universitetində baş verən silahlı atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Karolinanın şərqində yerləşən universitetdə festivalın son günündə keçirilən tədbir zamanı baş verən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ölən şəxsin tələbə olmadığı, yaralıların xəstəxanaya aparıldığı bildirilib.

Hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra kampus müvəqqəti bağlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Universitet rəhbərliyi hadisə ilə bağlı bəyanat yayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər