- 00:29
“British Airways”ə məxsus sərnişin təyyarəsi salonda tüstülənmə səbəbindən təcili eniş edib.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, aprelin 26-da Vaşinqtondan Böyük Britaniyanın paytaxtı Londona uçan "Boeing 777" sərnişin təyyarəsi səmada quşlarla toqquşub. Daha sonra salonda tüstü yaranıb.
Pilotlar Boston hava limanına təcili eniş ediblər.
Təyyarənin göyərtəsində sərnişin və ekipaj üzvünün sayı və təyyarənin zədələnməsi barədə məlumat hələ ki yoxdur.
Humay Eminqızı