- 00:29
Türkiyənin İstanbul şəhərində binanın eyvanı uçub.
E-huquq.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Kadıköy səmtində yerləşən 6 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilin eyvanında çökmə baş verib.
Hadisə zamanı ölən və yaralanan olmayıb.
Ehtiyat tədbiri olaraq bina sakinləri təxliyə edilib.
Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları göndərilib.
Bina sakinləri hadisənin zəlzələdən sonra baş verdiyini bildirib.
Şəbnəm Mehdizadə