- 00:29
Cənubi Koreyanın Çeonqju şəhərində bıçaqlı hücumu nəticəsində 6 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, paytaxt Seuldan 110 kilometr cənubda yerləşən Çeonqjuda liseydə təhsil alan şagird məktəbə bıçaqlı hücum edib.
Hadisə zamanı biri müəllim olmaqla 6 nəfərin üz və qarın nahiyəsindən xəsarət aldığı bildirilib.
Yaralılara xəstəxanada tibbi yardım göstərilib.
Hadisəni törədən şagird qaçmağa çalışsa da saxlanılıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Şəbnəm Mehdizadə