- 00:29
Türkiyənin Kütahya şəhərində güclü zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Kütahyanın Simav rayonunda yerli vaxtla saat 2:45 və 7:21-də 3,9 bal gücündə iki zəlzələ baş verib.
Birinci yeraltı təkanlar yerin 11 kilometr, ikincisi isə 6 kilometr dərinliyində baş verib.
Dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə