Qətər XİN: İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var


  • 27 Aprel 16:32

Qətər, İsrail və HƏMAS-ın Qəzza zolağında atəşkəs razılaşmasına qayıtması üçün səylərini davam etdirir.

E-huquq.az xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrəhman Al Sani bildirib.

O tərəflərin mövqelərinin yaxınlaşmasında müəyyən irəliləyiş olduğunu vurğulayıb:

Cümə axşamı (24 aprel - red.) tərəflər arasında atəşkəs danışıqları ilə bağlı müəyyən irəliləyiş qeyd olunub. Qətər tərəflərin atəşkəs razılaşmasına qayıtması üçün səylərini davam etdirir.

Oxşar xəbərlər