- 27 Aprel 23:21
ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsindəki mövqeyi bir çox məqamda Rusiyanın mövqeyi ilə üst-üstə düşür.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov VQTRK jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.
"Çoxlu elementlər var ki, onlar doğrudan da bizim mövqeyimizlə üst-üstə düşür", – deyə Kremlin nümayəndəsi qeyd edib.
Eyni zamanda, Peskov əlavə edib ki, hələlik konkret şərtlərdən danışmaq tezdir. Onun sözlərinə görə, bu cür işlər ictimaiyyətə açıq şəkildə deyil, yalnız qapalı formatda aparıla bilər.