Böyük Britaniyada naməlum şəxs insanlara hücum etdi - Yaralananlar var


  • 08:59

İngiltərənin şimalındakı Lids şəhərində naməlum şəxs insanlara silahlı hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Nəşrin məlumatına görə, saat 14:47-də (Bakı vaxtı ilə 17:47) Herdenqli bölgəsinə polis çağırılıb.

Hadisə şahidləri şəhər küçələrində arbaletlə silahlanan şəxsi görüblər. O, 3 nəfəri yaralayıb.

Polis silahlı şəxsi saxlayıb.

Oxşar xəbərlər