- 01:41
Omanda ABŞ və İran arasında keçirilən üçüncü raund danışıqlar başa çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Danışıqlara ev sahibliyini bu dəfə də Oman edir. Oman əvvəlki iki raundda da vasitəçilik rolu oynayıb və danışıqlar bu ölkənin təşəbbüsü ilə baş tutub.
Siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik ediblər.
Texniki məsləhətləşmələrdə ABŞ tərəfinin nümayəndə heyətinə Dövlət Departamentinin Siyasi Planlaşdırma Şöbəsinin direktoru Maykl Enton başçılıq edir. İran tərəfini isə xarici işlər nazirinin müavinləri Məcid Taxt-Ravançi və Kazim Qaribabadi təmsil ediblər.