- 19:58
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə məlumat verib.
"Qurbanların sayı artmaqda davam etsə də, bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tərk edirlər", - Həsənzadə IRIB telekanalında çıxışı zamanı deyib.
O həmçinin bildirib ki, hazırda vəziyyət nəzarət altındadır. Yanğının söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
***
17:06
İranda partlayış nəticəsində azı 4 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Partlayış nəticəsində yaralananların sayının 561 nəfərə çatdığı bildirilir.
İlkin məlumata görə, partlayış kimyəvi maddələr olan anbarda baş verib. Yanacaq çəninin partladığı bildirilir.
***
15:29
İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat veriblər.
***
15:02
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
***
14.38
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 115 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, xəsarət alan 115 nəfər xəstəxanalara yerləşdirilib.
***
14:27
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.
Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.
"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.
***
İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.
Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.
Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.
Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.
E-huquq.az xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.
Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.
Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.