- 17:06
Roma Papası Fransiskin tabutu Vatikanda Müqəddəs Məryəm Major Bazilikasında dəfn edilib.
E-huquq.az xəbər verir ki, bu barədə xarici mediaya məlumat yayıb.
***
11:59
Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi keçirilir.
E-huquq.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Mərasimə dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.
Dəfn mərasimində təxminən 140 min insanın iştirak etdiyi bildirilir.
Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü.