- 15:29
BMT-nin Qaçqınlar üzrə Agentliyi cəbhə xəttinə yaxın ərazilərdən son zamanlar təxliyə edilən ukraynalılara göstərilən humanitar yardımı azaldıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yardımın azaldılmasına səbəb olaraq ABŞ-ın yardım proqramlarını dayandırması və digər donor ölkələr tərəfindən maliyyələşmənin azalması göstərilib. BMT-nin məlumatına görə, dünyada fəaliyyət göstərən humanitar təşkilatlar ABŞ Prezidenti Donald Trampın xarici yardımları dayandırmaq qərarının nəticələri ilə mübarizə aparmağa davam edirlər.
“ABŞ-ın səxavətli dəstəyi ilə həyata keçirdiyimiz bəzi proqramlar hazırda dayandırılıb”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Ukraynadakı nümayəndəsi Karolina Lindholm Billing jurnalistlərə açıqlamasında bildirib.