- 15:29
ABŞ administrasiyası İran hakimiyyəti ilə Tehranın nüvə proqramı ilə bağlı yüksək səviyyəli məsləhətləşmələr aparır.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib.
O deyib: "İranla danışıqlar çox yaxşı gedir. Biz məsələ ilə ən yüksək səviyyədə məşğul oluruq. Düşünürəm ki, onlar müqavilə bağlamaq istəyirlər və biz də razılaşmaq istəyirik... Düşünürəm ki, biz razılığa gələcəyik - başqa alternativdənsə, sövdələşməyə üstünlük verərdim. Bu, bəşəriyyət üçün yaxşı olardı".
Onun fikrincə, nüvə silahını saxlamaq Tehrana baha başa gələcək: "Bu, çox sadə bir razılaşmadır, yəni onların nüvə silahı ola bilməz. Sadəcə bunu etməklə mən onlara bir ton pula qənaət etmısinə şərait yaradıram. Nüvə silahına sahib olmaq çox bahadır. Amma bu, həm də çox təhlükəlidir və onların nüvə silahı ola bilməz”.