- 11:59
Rusiya Ali Məhkəməsinin qərarına əsasən, hücum edənlərin çox olduğu və uşaqların da təhlükəyə məruz qaldığı şəraitdə bıçaqdan istifadə edə bilərlər.
E-huquq.az xəbər verir ki, bu qərar Tverdə baş vermiş cinayət işinin araşdırılmasından sonra verilib.
Belə ki, ailəvi şənlik zamanı ev sahibinin qonaqlarından biri qonşu ilə münahisə edib. Qadın oğluna zəng edərək, gəlib onu təhqir edən şəxsin “payını verməsini” istəyib.
Nəticədə oğul iki dostu ilə sərxoş halda hadisə yerində peyda olub. Onlar ağacla silahlanaraq, əraziyə soxulublar və həm cinayət törətdiyi iddia edilən şəxsi, həm də kiçik qızını qucağında saxlayan ev sahibini döyməyə başlayıblar.
Bu zaman ev sahibi masanın üstündən bıçağı götürərək hücum edənləri bıçaqlayıb. Dəvətsiz gələn “qonaqların” üçü də ölüb. Məhkəmə hadisəni özünümüdafiə kimi qiymətləndirərək, onun barəsində bəraət hökmü çıxarıb. Sonda Ali Məhkəmə də kvalifikasiyanı düzgün hesab edib.
Eyni zamanda ədliyyə qurumu bu kimi cinayətlərdə həmin nümunəni rəhbər tutulmalı olduğunu bildirib.