Pakistan ordusu altı terrorçunu öldürdü


  • 07:40

Pakistan ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı azı 6 yaraqlı öldürülüb, 4-ü isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Geo” telekanalı İslam Respublikası silahlı qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələrə (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının yaraqlıları olub.

Əməliyyat davam etdirilir. Hərbçilər arasında itki yoxdur.

Oxşar xəbərlər