Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Zığ şossesində baş verən yanğın söndürülüb - Yenilənib

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Report"un ərazidə olan əməkdaşı məlumat verib.

***

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

Yanğınla bağlı qərargah yaradılıb.

***

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumat görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.