Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Xırdalanda azyaşlı yük maşınının altında qalaraq ölüb

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, şəhərin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub. 

O, hadisə yerində ölüb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib. 

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.   

Faktla bağlı araşdırma aparılır.