Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Ukrayna prezidenti Zelenski cərimələnib - YENİLƏNİB

Kiyevin Obolon rayon məhkəməsi Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini inzibati qayda pozuntusu barədə işdə təqsirkar sayıb.

E-huquq.az "Report"a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Ukrayna prezidenti vergiyə cəlb edilməyən minimum gəlirin 50 misli həcmində, daha dəqiq desək, 850 qriven (32,4 ABŞ dolları) cərimələnib.

Qeyd edək ki, V.Zelenski məhkəmə iclasına qatılmayıb.

***

16.13

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski seçkiqabağı təşviqat kampaniyasının aparılması ilə bağlı məhdudiyyətlərin pozulması işi üzrə Kiyev Məhkəməsinə çağırılıb.

E-huquq.az "Report"a istinadən xəbər verir.

Qeyd olunur ki, işə bu gün baxılacaq.

Xatırladaq ki, seçki günü V.Zelenski jurnalistlərə öz bülletenini nümayiş etdirib və orada onun özünə səs verdiyi görünüb. Polisdən V.Zelenskinin hərəkətlərinin Ukrayna İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi üzrə təsnifləşdirildiyi bildirilib.

İndi V.Zelenski sadə vətəndaşın aylıq minimum gəlirinin 30-50 misli məbləğində cərimələnə bilər.