Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Vilayət Eyvazovun yerinə təyin olunan Seyfulla Əzimov kimdir? - DOSYE

Bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş Seyfulla Əzimov Daxili İşlər nazrinin birinci müavini təyin edilib

E-huquq.az xəbər verir ki, S. Əzimov Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Qısa müddətdən sonra S. Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. 

Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") etibar olunur.