Videosu yayılan tibb bacısını maşın vuraraq öldürüb - VİDEO

Bakıda avtomobillə vurulan tibb bacısının bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan qadın olduğu müəyyənləşib. 

E-huquq.az ONA-ya istinadən xəbər verir ki, bu gün “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı maşınla vurulan, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızının bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanım olub.

Qeyd edək ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş.