Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilir - FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vurmuş vəkilliyə namizədlərin andiçmə mərasiminin keçirilir.

E-huquq.az xəbər verir ki, mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirlərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 85 vəkilliyə namizəd Ədliyyə Akademiyasında bir ayadək davam edən icbari təlimdə iştirak edib.