Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Vəkilliyə namizəd 87 nəfərin icbari təlimi başa çatıb

Azərbaycanda vəkilliyə namizəd 87 nəfərin icbari təlimi başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iyunun 12-də Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçiriləcək.

Vəkilliyə namizədlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içib, onlara yeni nəsil VK üzvünün vəsiqəsi təqdim ediləcək.

Qeyd edək ki, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87 vəkilliyə namizəd Ədliyyə Akademiyasında bir ayadək davam edən icbari təlimdə iştirak edib.