Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Vəkillərin andiçmə mərasimindən - FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vurmuş vəkilliyə namizədlərin andiçmə mərasiminin keçirilib.

E-huquq.az xəbər verir ki, mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirlərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içib və onlara vəsiqələr təqdim edilib.