Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Vəkillər Ucar və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərəcək

Vəkillər Kollegiyasının 16 saylı Vəkil Bürosu tərəfindən Ucar rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək. 

Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 1 iyun 2019-cu il tarixdə, Bakı şəhəri 16 saylı Vəkil Bürosu tərəfindən Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının inzibati binasında, saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.