Vəkillər Oğuz və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərəcəklər

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Kollegiyadan E-huquq.az-a verilən məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 8 iyun 2019-cu il tarixdə, Bakı şəhəri 7 saylı Vəkil Bürosu tərəfindən Oğuz rayon Təhsil Şöbəsində, saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.