Vəkillər Lənkəranda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərib

Bu gün Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib. 

E-huquq.az-ın xəbərinə görə, vəkillər şəhid ailələrinə, əlil və müharibə veteranlarına məsləhətlər verib, iddia ərizələri tərtib ediblər. Eyni zamanda müvafiq dövlət orqanlarına ərizələr yazılıb. 

Vətəndaşlar göstərilən xidmətdən məmnun qalıb, təşəkkür və razılıqlarını bildiriblər.