Vəkillər Lənkəranda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək 

Vəkillər Kollegiyasının üzvləri vətəndaşlara pulsuz hüquqi yardım göstərməkdə davam edir. 

Kollegiyadan e-huquq.az-a veriləın xəbərə görə, 11 may 2019-cu il tarixdə, Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında, saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub. 

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib. Bu kimi tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.