Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Hüquqları İnstitutu anlaşma memorandumu imzalayıb

Bu gün Vəkillər Kollegiyası ilə AMEA Hüquq və İnsan Hüquqları İnstitutu arasında anlaşma memorandumu imzalanıb. 

E-huquq.az xəbər verir ki, anlaşma memorandumuna əsasən gələcək əməkdaşlığın əsası qoyulacaq, ödənişsiz hüquqi yardım, o cümlədən vəkillərin davamlı tədrisi ilə bağlı birgə tədbirlər keçiriləcəkdir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu memorandumu vəkilliyin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.