Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Vəkillər Kollegiyasının sədri Anar Bağırov üçün özəl gün

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov doğum gününü qeyd edir. 

E-huquq.az-ın xəbərinə görə, o, 19 iyun 1976-cı ildə Gəncə şəhərində anadan olub.

1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

A.Bağırov 2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır.

1997-2005-ci illər arasında müxtəlif təşkilat və müəssisələrdə hüquqşünas vəzifəsində işləyib. 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub və hazırda vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır. 2012-ci ildən etibarən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

7 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransında Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib.

Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Rusiya Vəkillər Gildiyasının “Fəxri fərmanı” və Rusiya Vəkillərinin Federal Palatası tərəfindən "Rusiyanın fəxri vəkili" adı ilə təltif olunub. 2018-ci ilin martından Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinin (TÜRK-AV) idarə heyətinin üzvüdür.

Hakimlərin Seçki Komitəsinin üzvü, Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın Elmi şurasının üzvüdür.

E-huquq.az olaraq, Anar Bağırovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.