Vəkillər Kollegiyasının işçi qrupunda iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti tərəfindən mülki və cinayət hüququ istiqamətləri üzrə 2 işçi qrupu fəaliyyətə başlayıb.

VK-dan e-hquuq.az-a verilən məlumata görə, cinayət hüququ üzrə işçi qrupun işində iştirak etmək arzusunda olan vəkillər 31.05.2019, mülki hüquq üzrə işçi qrupun işində iştirak etmək arzusunda olan vəkillər isə 30.06.2019-cu il tarixədək öz namizədliklərini [email protected] ünvanına göndərə bilərlər.

Eyni zamanda, həmin ünvana işçi qrupda iştirak etmədən təkliflər göndərmək istəyən vəkillər yuxarıda qeyd olunan tarixlərədək öz layihələrini göndərə bilərlər.

İşçi qrupların fəaliyyət istiqamətləri aşağıdakı kimidir:

1. Cinayət sahəsi üzrə İşçi Qrup: Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə müvafiq qanun layihələrinin hazırlanmasına iştirak edəcək və 2 ay ərzində öz layihələrini hazırlamalıdırlar.

2. Mülki sahə üzrə İşçi Qrup: a) Mülki işlər və iqtisadi mübahisələr üzrə, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericiliyə təkliflər.

b) mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi üzrə təkliflər. 

c) səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair təkliflər; d) məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri barədə təkliflər.