Vəkillər Kollegiyasında “Elektron sənəd dövriyyəsi sistemi” yaradılacaq  

Ədliyyə Nazirliyi Dünya Bankı ilə birlikdə yeni layihə həyata keçirəcək. 

E-huquq.az-ın xəbərinə görə, layihə çərçivəsində Vəkillər Kollegiyasının (VK) potensialının artırılması məsələsi diqqət yetiriləcək.

Bununla bağlı VK-da “Elektron sənəd dövriyyəsi sistemi”nin yaradılması nəzərdə tutulur. Sonra həmin sistemin elektron məhkəmə informasiya sisteminə inteqrasiyaqsı planlaşdırılır.