Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Vəkillər Kollegiyası ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün – may ayının 10-u Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd olunur.

Vəkillər Kollegiyasından (VK) e-huquq.az-a verilən məlumata görə, bu il həm də Ulu Öndər Heydər Əliyevin bilavəsitə rəhbərlik etdiyi Hüquqi İslahat Komissiyasının hazırladığı “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən də 20 il ötür.

Azərbaycan vəkillərinin dərin minnətdarlığını bildirmək üçün mayın 10-də VK-nın rəhbərliyi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri, Rəyasət Heyəti, İntizam və İxtisas Komissiyasının üzvləri Ulu Öndərin məzarı önünə əklil qoyub, əziz xatirəsinə ehtiramlarını bildiriblər.